Şifrəmi unutdum

Haqqımızda

Haqqımızda

Fitz MMC 2017-ci ildən etibarən Plastik məhsulların istehsalı sahəsində öz fəaliyyətini davam etdirir. Şirkətimiz bu sahədə dünya təcrübəsinin tətbiqi və yüksək mühəndislik qabiliyyəti ilə Plastik Boru Birləşdiricilərin-Fitinqlərin istehsalını öz bazasında cəmləşdirir. Fitinqlərin istehsalında istifadə olunan avadanlıqlar habelə müəssisənin daxili infrastrukturu avropa standartlarına cavab verir. Məhsullarımızda keyfiyyət göstəriciləri maksimum olan yüksək keyfiyyətli xammallardan istifadə olunur. Müəssisəmizdə fəaliyyət göstərən FitzLab Laboratoriyasında gündəlik istehsal olunan bütün məhsullar Avropanın İSO keyfiyyət standartlarına uyğun olaraq Fittinqlər üçün vacib olan bütün testlərdən keçirilir. Daha sonra testlər uğurla nəticələnərsə Fitinqlər istehsal üçün hazır vəziyyətə gətirilir. İstehsal prosesi yüksək təcrübəli mühəndis komandamız tərəfindən yüksək dəqiqliklə yerinə yetirilir. Son nəticədə bütün məhsullar keyfiyyətə nəzarət bölməsindən uğurla keçərək paketləmə bölümündə son məhsul vəziyyətinə gətirilir. Çatdırılma üçün hazır olan bütün məhsullar anbarımızda öz yerini alır. Buradan isə yerli bazarlara və xarici bazarlara nəql edilir. Biz öz məsuliyyətimizi hiss edir və bütün qüvvəmizlə ölkəmizdə altyapı sistemlərinin istehsalını qürurla sizlərə təqdim edirik.

Böyük Hörmətlə,

Əsəd Rəsullu,

Fitz MMC Baş Direktoru.